Azərbaycanlı polkovnikin adı Nemtsovun qətlində - SENSASİYA

Azərbaycanlı polkovnikin adı Nemtsovun qətlində - SENSASİYA
  03 Mart 2015    Oxunub:14793
Rusiya müxalifətinin lideri Boris Nemtsovun qətli ilə bağlı şok effekt yaradacaq məlumatlar yayılıb. Öncə qeyd edək ki, Nemtsovun ölümünü araşdıran istintaq briqadası bütün diqqəti Ukraynaya yönəldib. Müstəntiqlər ibtidai araşdırmadan sonra Nemtsovun Ukrayna xüsusi xidmət orqanları tərəfindən öldürülməsi versiyasını istisna etməyiblər.

Onlar cinayətin təşkilatçısının “Donetsk və Luqansk Xalq Respublikaları”na qarşı vuruşan “Cöhar Dudayev” batalyonunu olduğu hesab edirlər.

Hüquq mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, Nemtsovun qətlinin təşkilatçıları, adı Rusiya prezidenti Vladimir Putinə sui-qəsd təşkil etmək işində hallanan Adəm Osmaev və onun yoldaşı Əminə Okuyevadır.

`Ukrayna xüsusi xidmət orqanlarının planına əsasən müxalifətçinin qətlə yetirilməsi Rusiya rəhbərliyində çaxnaşma, ölkə daxilində isə gərginlik yaratmaq məqsədi daşıyır.` AzVision.az-ın məlumatına görə, bu barədə Rusiyanın hakimiyyətyönlü “İzvestiya” qəzeti xəbər yayıb. “İzvestiya” qəzeti Nemtsovun qətli ilə bağlı yaydığı məlumatda azərbaycanlı hərbçinin adını hallandırıb.

Qeyd edilib ki, Nemtsovu qətlə yetirməkdə şübhəli bilinən batalyonun qərargah rəhbərindən biri Azərbaycanın sabiq müdafiə nazirinin müavini, polkovnik İsa Sadıqovdur (1993-1995).

Qeyd edək ki, İsa Sadıqov Azərbaycanda axtarışa verilib və son illər Norveçdə yaşayır. Batalyonun komandiri isə məşhur səhra komandiri İsa Muniyevdir. O, bu ilin fevral ayında Debaltsevoda gedən döyüşlərdə öldürülüb. İsa Muniyev Ukraynaya Danimarkadan gəlib.

Xatırladaq ki, fevralın 28-i Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən açılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib. Rusiya istintaq komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Nemtsov qətlə yetirilən gün Kiyevdən Moskvaya gəlib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti