Bakıda müvəqqəti dayanacaqlar tikilir

Bakıda müvəqqəti dayanacaqlar tikilir
  03 Mart 2015    Oxunub:1581
"Koroğlu" metrostansiyası ərazisində idmançıların Atletlər kəndindən idman arenalarına daşınması məqsədilə nəzərdə tutulan avtobusların saxlanılması üçün müvəqqəti dayanacaq meydançaları inşa olunur.
Bu barədə AzVision.az-a Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat katibliyindən məlumat verilib.

Məlumata görə, dayanacaq meydançalarını ayırmaq məqsədilə həmin əraziyə səki daşları düzüləcək: "Bununla da hər arenaya gedən avtobusların duracaq yerləri müəyyənləşəcək. Sözügedən meydança drenaj sistemi ilə təmin olunub. Bundan əlavə həmin ərazidə işıqlandırma və digər abadlıq işləri nəzərdə tutulub".

AzVision.az



Teqlər:  



Xəbər lenti