Nazirlikdən Novruz tapşırığı: keçəl də olacaq, kosa da...
“Mədəniyyət və Turizim Nazirliyi hər il olduğu kimi bu il də Xüsusi Komissiya yaradıb. Komissiyanın sədri Ədalət Vəliyevdir. Mən də həmin Komissiyanın üzvlərindən biriyəm. Martın 19-da səhər saatlarında Qız Qalasının qarşısında Novruz tədbirləri başlayacaq. Sonra tədbir Dənizkənarı Bulvar ərazisində davam etdiriləcək. Saat qülləsinə qədər olan ərazidə Novruz tədbirləri keçiriləcək. Orada Azərbaycanın milli musiqisi səsləndiriləcək, incəsənəti, mətbəxi, regionlarda istehsal olunan məhsullar nümayiş etdiriləcək”.
N.Məcidov həmçinin qeyd edib ki, Avropa Olimpiya oyunları ilə əlaqədar olaraq Novruz tədbirlərində müxtəlif idman növləri də nümayiş etdiriləcək.
“Bulvarın bir neçə yerində fasilələrlə bayram konsertləri keçirləcək. Bulvarın bir neçə yerində səmənilər quraşdırılacaq. Bulvarda keçəl, kosa və bahar qızı olacaq”.
Qeyd edək ki, ölkəmizdə Novruz bayramı ilə əlaqədar ə martın 20-dən 29-dək ölkədə qeyri-iş günü olacaq.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


