Təyyarələrimiz Türkiyə səmasında - İLK DƏFƏ (FOTOLAR)

Təyyarələrimiz Türkiyə səmasında - İLK DƏFƏ (FOTOLAR)
  03 Mart 2015    Oxunub:3631
Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarələrin xarici ölkədə ilk dəfə iştirak etdikləri “TURAZ Şahin 2015” hərbi təlimlərinə artıq start verilib.

AzVision.az-ın məlumatına görə, Azərbaycan və Türkiyə HHQ məxsus təyyarələrin birgə iştirak etdiyi təlim Konya şəhərində keçirilir.

Təlimlərə Türkiyə HHQ-dən F-16, F-4E 2020, E-7T (HİK) hərbi təyyarələri və AS-532, UH-1H helikopterləri, Azərbaycan HHQ-dan isə Rusiya istehsalı olan MIQ-29 və SU-25 hərbi təyyarələri və MI-17 helikopteri cəlb olunub.

Azərbaycan ordusunda xidmət edən 106 əsgərin də təlimlərdə iştirak etdiyi bildirilir.

Azərbaycan HHQ-nin nümayəndəsi polkovnik Elçin Axundov qeyd edib ki, ttəlimlərin Türkiyədə keçirilməsinə görə çox sevinir:

Təşəkkürlər Türkiyə. Bu cür isti münasibətə və tarix yazdığımız gün üçün çox təşəkkür edirəm. Hava Qüvvətlərinin ilk xarici təlimlərini Türkiyədə keçiririk. Çox həyəcanlı idim, təyyarələr gələndə dura bilmirdim. Tarix yazdıq”,-deyə E.Axundov əlavə edib.

Hərbi təlimlər aprelin 2-dək davam edəcək.

Hafiz Əhmədov
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti