Şeyx İran rəsmiləri ilə görüşdədir

Şeyx İran rəsmiləri ilə görüşdədir
  20 May 2013    Oxunub:1659
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə İranda səfərdə olan Azərbaycan nümayəndə heyəti bu ölkənin Milli Ali Təhlükəsizlik Şurasının Baş katibi Səid Cəlili və eləcə də Parlamentin spikeri Əli Laricani ilə görüşlər keçirib.

Səid Cəlili ilə görüşdə o bildirib ki, biz Azərbaycanın müstəqiliyni, sabitliyini, inkifaşını özümüzün sabitliyi və inkişafı hesab edirik və bundan öncə olduğu kimi yenə də bu sahədə hər hansı yardım göstərməyə hazırıq.

İran Parlamentinin spikeri Əli Laricani də bildirib ki, iki xalqın tarixi, məzhəbi və dini bağlığı iki ölkənin qardaşlıq və yaxın münasibətləri üçün ən əhəmiyyətli amillərdəndir.
O, iqtisadi əməkdaşlığın artırılmasının iki ölkə arasındakı əlaqələrdə önəmli yer tutduğunu deyib və bildirib ki, İran və Azərbaycanın bütün mövcud potensiallarından münasibətlərin inkişafı üçün istifadə edilməlidir.

Öz növbəsində, QMİ sədri Allahşükür Paşazadə Azərbaycanda bütün dinlərin nümayəndələrinə azad ibadət etmək imkanı yaradıldığını, yeni məscidlər tikildiyini, tarixi məscidlərin, ziyarətgahların təmir edildiyini bildirib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvlərinin də təmsil olunduğu Azərbaycan nümayəndə heyəti İranda səfərdədir.(trend)


Teqlər:  





Xəbər lenti