Səfir xanımları “İçərişəhər”də
İdarədən bildiriblər ki, tədbirdə 30-dan artıq ölkə nümayəndəsi iştirak edib, hər bir ölkənin milli sənətkarlıq nümunələri, əl işi suvenirləri və mətbəx nümunələrinin sərgi-satışı təşkil olunub. Tədbirdə həmçinin milli musiqi və rəqslər nümayiş olunub, qiymətli mükafatların oynanıldığı lotereya tirajı keçirilib. Əldə olunan mənfəətdən “HOMS”un Azərbaycanda dəstəklədiyi və qarşılıqlı əməkdaşlıq etdiyi bir sıra yerli xeyriyyə fondları və layihələrinin fəaliyyətinə yardım məqsədilə istifadə olunması nəzərdə tutulub.
Xeyriyyə aksiyası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə keçirilib.
Teqlər: