Rusiyada azərbaycanlı ` vor-zakon` tutuldu

Rusiyada azərbaycanlı ` vor-zakon` tutuldu
  04 Mart 2015    Oxunub:7620
Rusiya polis əməkdaşları Çelyabinskin kriminal vəziyyətinə nəzarət edən kriminal avtoritet İlham Osmanovun tutulması üzrə xüsusi əməliyyat keçirib.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, “vor” aləminin nümayəndəsindən 11 milyon rubl (185 000 azn) pul “qəsb” ittihamı ilə götürülüb.

Xəbərə əsasən kriminal aləmdə sadəcə İlham adlandırılan avtoritetin üzərindən səs boğucu ilə birgə tapança tapılıb. Bununla onun barəsində qanunsuz silah gəzdirmə ittihamı ilə də cinayət işi qaldırılacaq.

Hazırda İlham Osmanov müvəqqəti saxlama təcridxanasındadır və istintaq zamanı ona tətbiq olunacaq həbs qətimkan tədbiri hazırlanır.

Qeyd edək ki, 36 yaşlı azərbaycanlı İlham Osmanov Çelyabinskdə qeydiyyatdadır. O əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilib. O bir çox dəfə Sverdlovsk ərazisinin kriminal avtoritetlərin regionlar arası “sxodka”ları zamanı ələ keçirilib.

Sverdlovsk hakimiyyəti belə əməliyyatları tez-tez keçirir və bu, bir növ profilaktik xarakter daşıyır. Belə ki, “sxodka” iştrakçılarını cinayət məsuliyyətinə cəlb etmək üçün ən ağır dəlil qanunsuz silah gəzdirməkdir ki, bu da Rusiya qanunvericiliyində elə də ciddi xarakter daşımır.


Teqlər:





Xəbər lenti