Məktəblərdən şikayətiniz var?
Binəqədi rayonu üzrə 126 nömrəli məktəbdə keçiriləcək səyyar qəbulda 3, 30, 83, 99, 100, 102, 103, 115, 126, 135, 143, 144, 157, 179, 182, 205, 217, 244, 246, 248, 267, 276, 283, 284, 297, 298, 299, 300, 301, 306, 313, 314 nömrəli məktəblərin müəllim və valideynləri iştirak edə bilərlər.
Sabunçu rayonu üzrə 310 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula isə 4, 22, 67, 68, 69, 71, 72, 74, 75, 78, 80, 81, 90, 94, 96, 107, 108, 112, 113, 128, 130, 137, 142, 148, 155, 169, 170, 187, 188, 192, 198, 209, 213, 215, 252, 255, 259, 271, 293, 295, 296, 305, 307, 309, 310, 311 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.
Səyyar qəbullar saat 10.00–da başlayacaq və vətəndaşların müraciətləri bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin əməkdaşlarından və struktur bölmələrinin nümayəndələrindən ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədini daşıyır.
https://azvision.az/redirect.php?url=http://azertag.az/xeber/836662
Teqlər: