Xəbərdarlıq: Bu dərsliklərdən istifadə etməyin
Qüvvədə olan tədris proqramları əsasında hazırlanmış VII-XI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 156 dərslik və 4 müəllim üçün metodik vəsait müzakirə edilib. Elmi-metodiki monitorinq nəticədə müvafiq fənlər üzrə ekspert qrupları tərəfindən formalaşdırılan yekun rəylər təqdimat mərasimi 16 dekabr 2013-cü ildə keçirilib, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nda (derslik.edu.az) yerləşdirilmiş və Təhsil Nazirliyinə göndərilib.
2014-cü ilin mart-aprel aylarında TQDK-da Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən ötən tədris ilində monitorinqi aparılmış II və III siniflər üzrə dərslik komplektlərinin təkrar çapı ilə bağlı, onların nəşrə qədərki maketlərinin elmi-metodiki monitorinqi aparılıb.
2014-cü ilin may-iyun aylarında Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış və istifadəsi VII siniflər üçün nəzərdə tutulmuş dərslik komplektlərinin maketlərinin qiymətləndirilməsi aparılıb. 21 adda 41 dərslik komplekti maketlərinin “Dərsliklərin qiymətləndirilməsi meyarları”na əsasən qiymətləndirilməsi həyata keçirilmiş və müvafiq materiallar Təhsil Nazirliyinə göndərilib.







Vaxtında, Aydın, Lazımlı!


