Xaricdə təhsil üçün sənəd qəbulu başlayır

Xaricdə təhsil üçün sənəd qəbulu başlayır
  20 May 2013    Oxunub:1644
"Dövlət Proqramı"na sənəd qəbulu başlayır
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na sənəd qəbulu başlayır. AzVision.az-a Təhsil Nazirliyindən verilən məlumata görə, sənəd qəbulu mayın 22-dən başlanacaq. Son ərizə qəbulu isə avqustun 15-də başa çatacaq.

Qeyd edək ki, qəbul aparılacaq xarici ali məktəblərin ölkələr üzrə siyahısında isə 34 ölkənin 476 universiteti qeyd olunub.

Azərbaycanlı tələbələr dövlət proqramı çərçivəsində ABŞ-ın 3, Almaniyanın 30, Avstraliyanın 22, Avstriyanın 15, Belarusun 4, Belçika 7, Bolqarıstanın 1, Birləşmiş Krallığın 27, Çexiyanın 3, Çinin 20, Estoniyanın 2, Finlandiyanın 6, Fransanın 64, Hindistanın 7, İrlandiyanın 4, İspaniyanın 10, İsveçin 11, İsveçrənin 12, İtaliyanın 24, Kanadanın 10, Koreyanın 20, Latviyanın 3, Litvanın 5, Macarıstanın 11, Malayziyanın 8, Niderlandın 15, Norveçin 4, Polşanın 3, Rusiyanın 50, Sinqapurun 3, Türkiyənin 23, Ukraynanın 2, Yaponiyanın 40, Yeni Zelandiyanın isə 7 universitetində təhsil ala biləcəklər.

Sevinc İltifatqızı





Teqlər:





Xəbər lenti