Azay Quliyev BMT təmsilçisilə görüşüb
Nümayəndəliyin rəhbəri Andro Şilakadze Fondun fəaliyyəti barədə geniş məlumat verərək Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. A. Şilakadze təmsil etdiyi Fondun Şəmkir, Şirvan və Qəbələdəki QHT Təlim və Resurs Mərkəzləri, eləcə də uşaq hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən digər QHT-lərin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirmək istədikləri layihələr haqqında da fikirlərini bildirib.
Qonaqlar QHT haqqında qanunvericiliyə edilən əlavə və dəyişiklərdən sonra BMT-nin tərkib hissəsi olan UNİCEF, UNDP-in fəaliyyət imkanlarının vəziyyəti ilə maraqlandıqlarını deyiblər.
Şura sədri, millət vəkili Azay Quliyev Şuranın QHT sektorunun inkişafı istiqamətində həyata keçirdiyi işlər haqqında qonaqlara ətraflı məlumat verib. Azay Quliyev Fondun ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirdiyini deyib və Azərbaycan qanunvericiliyində edilən son dəyişikliklərin QHT sektorunda şəffaflığın, effektiv idarəetmənin və hesabatlılığın təminatına xidmət etdiyini qeyd edib.
Görüşdə qonaqları maraqlandıran suallara cavab verilib və Şura ilə Fondun əməkdaşlıq imkanlarının genişləndirilməsi haqqında müzakirələr aparılıb.
Teqlər: