`Bakı 2015` üçün biletlərin qiyməti açıqlandı

`Bakı 2015` üçün biletlərin qiyməti açıqlandı
  04 Mart 2015    Oxunub:3388
Bakıda keçiriləcək Avropa Oyunlarına biletlərin qiyməti açıqlanıb.
Bakı-2015 Avropa Oyunlarının yarışları, açılış və bağlanış mərasimlərinə biletlərin qiyməti açıqlandı.

AzVision.az xəbər verir ki, biletlərin qiyməti yarışın mərhələsi, keçirilmə və tamaşaçı yerlərinin kateqoriyasından asılı olaraq, 2 manatdan 5 manatadək dəyişəcək.

Bu barədə Avropa Oyunları Əməliyyat komitəsinin press-relizində deyilir.

Uşaqlar və 16 yaşadək yeniyetmələr yarışa pulsuz, lakin yaşlı adamın (yaşı 18-dən çox) buraxılacaqlar. Həmin şəxsin üzərində şəxsiyyət vəsiqəsi və bilet olmalıdır.

Yeganə istisna Heydər Əliyev adına Arena və Milli Gimnastika Arenasındakı yarışlar üçün biletləri əhatə edəcək. Həmin yerlərdə yarışlara baxmaq istəyən, yaşı 16-ya çatmayan şəxslər 1 manat ödəməli olacaqlar.

Açılış mərasimində biletlərin qiyməti 20 manatdan, bağlanış mərasimində isə 10 manatdan başlayacaq. Biletlər 19-21 mart tarixlərində satışa çıxarılmalıdır.

Biletlərinizi 3 aprel 2015-ci ildən etibarən Rəsmi Şəhər Bilet Satışı Məntəqələrindən, 12 iyunda isə Yarış Obyektinin Bilet Satışı Kassalarından əldə edə bilərsiniz. Bilet almaq üçün bilet satışı məntəqələrinin siyahısı tezliklə Bilet Satışı veb səhifəsində dərc ediləcək.

İctimaiyyətə Bakı 2015 Avropa Oyunları ilə bağlı 280-dən çox yarış sessiyası üçün təxminən 600,000 bilet satışı nəzərdə tutulur.

Bakı 2015 Rəsmi Bilet Satışı Məntəqələri

Şəhət/Ticarət Mərkəzləri Satış Məntəqələri:

Metro Park Ticarət Mərkəzi – Bakı, Nərimanov qəs., Təbriz küç. 106 A
28 Mall Ticarət Mərkəzi – Bakı, Nəsimi qəs. Azadlıq pros. və Fizuli küç. kəsişməsi
Park Bulvar Ticarət Mərkəzi - Bakı, Neftçilər pro.
Tofiq Bəhramov adına Respublika Stadionu - Bakı, F.Xoyski pros. 98 А

McDonald`s restoranları:

Əhmədli - Bakı, M.Hadi və Çapayev 2322
Neftçilər - Bakı, Q.Qarayev pros. 59
Fəvvarələr Meydanı - Bakı, Nizami küç. 340

UR Style Satış Məntəqələri:

Heydər Əliyev Sarayı - Baku, Bülbül pros. 35
Azərbaycan kinoteatrı – Bakı, Ə.Əlizadə küç. 7
Nizami küç. və Bülbül pros. kəsişməsi
Azadlıq Meydanı – Bakı, Üzeyir Hacıbəyov küç. 69
Asan Xidmət - Abbas Mirzə Şərifzadə, 157

AzVision.az


Teqlər:  





Xəbər lenti