`Gömrük işçilərinin güllələnməsi yalandır` - AÇIQLAMA

`Gömrük işçilərinin güllələnməsi yalandır` - AÇIQLAMA
  04 Mart 2015    Oxunub:1779
"Bakı Baş Gömrük İdarəsinə heç bir basqın və silahlı insident olmayıb. Bununla bağlı bəzi media orqanlarında yazılanların əsası yoxdur və yalandır".
AzVision.az xəbər verir ki, bu barədə APA-ya Bakı Baş Gömrük İdarəsindən bildirilib.

Məlumatda qeyd olunub ki, bu barədə yayılmış məlumatlar dəqiqləşdirilməmiş və həqiqətdən uzaqdır.

Qeyd edək ki, bu gün bəzi saytlarda Bakı Baş Gömrük İdarəsinə basqın edilməsi, silahlı insident baş verməsi və bir əməkdaşının yaralanması, seyfdən pul aparılması barədə məlumat yayılıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti