Azay Quliyev USAİD-in nümayəndəsilə görüşüb
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan vətəndaş cəmiyyəti inistitutları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən xanım Suzan Fritz, QHT sektorunun vəziyyəti, QHT-lər haqqında qanunvericiliyə edilən əlavə və dəyişikliklər, onların xarici donorların fəaliyyətinə təsiri və digər məsələlər barədə Şura sədrinin fikirlərini öyrənib.
Şura sədri Azay Quliyev QHT-lər haqqında qanunvericiliyə edilən əlavə və dəyişikliklər barədə məlumat verərək bildirib ki, hazırda Nazirlər Kabineti qanunvericiliyə olunan əlavə və dəyişikliklərdən irəli gələn qaydalar üzərində işləyir.
Şura sədri dəyişikliklərin QHT-lərin və donorların fəaliyyətində şəffaflığın və səmərəliliyin təmin olunması məqsədi ilə həyata keçirildiyini və bunlara əməl edən qurumların ölkəmizdə heç bir maneə olmadan fəaliyyət göstərə biləcəyini deyib.
Teqlər: