`Anam da intihar etmək istəyirdi...` - VİDEO
Saxlanılan Kənan Abbasov Nizami rayon 24-cü polis bölməsinə aparıldı. Dindirilmədən sonra isə tibbi ekspertizaya aparıldı. Qeyd edim ki, həmin şəxs damın üzərində olarkən əlində bıçaq var imiş və özünə xəsarətlər yetirib. Tibbi baxışdan sonra Kənan Abbasov bu adımının səbəbləri açıqladı. O, məhkumluq həyatı yaşayan qardaşı ilə bağlı tələbləri olduğunu və elə buna görə həyatına qəsd etmək istədiyini dedi. Problemlərin həll olunmaması isə bir müddət əvvəl digər ailə üzvlərinidə eyni əmələ sövq edib.
“Mənim anam bir müddət əvvəl haqq səsinin eşidilməsi məqsədilə Koroğlu körpüsü üzərinə çıxaraq intihara cəhd edib. Amma bunun da bir xeyri olmayıb”, – deyə Kənan Abbasov bildirib.
Hər halda intihar problemin həlli deyil. Ona görə də müvafiq qurumlara müraciət edərək onların həllinə çalışmaq lazımdır.
Teqlər: