Rövnəq Abdullayevin oğlundan EKSKLÜZİV MÜSAHİBƏ

Rövnəq Abdullayevin oğlundan EKSKLÜZİV MÜSAHİBƏ
  05 Mart 2015    Oxunub:37807
“Vətən hər zaman hər şeydən önəmlidir”

“Türkiyə qardaş ölkə olsa da ailəmizdən uzaqda hər zaman qəriblikdə oluruq”


Bu fikirləri AzVision.az-a eksklüziv müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin oğlu, Türkiyədə fəaliyyət göstərən İNDEX adlı təşkilatın rəhbəri Rəşad Abdullayev bildirib.


Hazırda Türkiyədə təhsil alan R.Abdullayev rəhbəri olduğu təşkilatın gördüyü işlərdən, qarşıda duran planlarından söz açıb:

-Rəşad bəy, ilk öncə rəbhəri olduğunuz təşkilatın fəaliyyətindən söz açmaq istərdik. Hazırda işləriniz necə gedir, ümumlikdə təşkilatın əsas hədəfləri, qarşıda duran planları nədən ibarətdir?

- 2013-cü ildə təməli qoyulan və mərkəzi İstanbulda yerləşən AzeDer təhsil, mədəniyyət və həmrəylik adına Azərbaycan üçün çalışan, ünsiyyət və fəaliyyət sahəsi olan azərbaycanlı gənclərin platformasıdır. AzeDer azərbaycanlı gənclərin Azərbaycanın maraqlarına və gələcəyinə töhfə verməsi ilə yanaşı gənclərin şəxsi inkişafına dəstək olmaq üçün qurulub.

2014-cü il 27 sentyabr tarixindən INDEX adı altında fəaliyyət göstərən mərkəz xaricdə təhsil alan azərbaycanlı gənclərlə yanaşı eyni zamanda Azərbaycan Respublikası dövlət qulluqçularının da beynəlxalq təcrübə əldə etməsi, qlobal şirkətlərin iş prinsipləri ilə yaxından tanış olması istiqamətində fəaliyyət göstərir.

Bütün bu fəaliyyətimizin əsas məqsədi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi “qara qızıl”ı insan kapitalına çevirməkdən ibarətdir.



- Hazırki fəaliyyətiniz nədən ibarətdir?

- Hazırda Türkiyədə təhsil alıram. Eyni zamanda INDEX–də çalışıram.

- Rəhbəri olduğunuz təşkilatın fəaliyyəti dairəsini genişləndirməyi düşünürsünüzmü? Məsələn, xarici ölkələrdə INDEX-in bölmələri yaradıla bilərmi?

- Bizim xarici ölkələrdə əməkdaşlıq etdiyimiz təşkilatlar var. Hələki belə bir planımız yoxdur. Onu da qeyd edim ki, INDEX sadəcə Türkiyədəki gənclərə deyil, eyni zamanda bütün dünyada yaşayan Azərbaycanlı gənclər üçün fəaliyyət göstərir. Bizim həyata keçirdiyimiz təcrübə proqramlarında sadəcə Türkiyədə yaşayan azərbaycanlılar deyil, eyni zamanda bütün dünyada yaşayan soydaşlarımız yararlana bilər.

-Təhsilinizi bitirdikdən sonra vətənə qayıtmağı düşünürsünüzmü?

- Mütləq. Qayıdacağam. Vətən hər zaman hər şeydən önəmlidir. Vətəndən kənarda göstərdiyimiz bütün fəaliyyətlər vətənimiz üçündür.

-Türkiyədə təhsil alan gənclərimizin hansı problemləri var? Problemlərin həlli üçün təşkilatınız hansı işləri görür?

- Türkiyə qardaş ölkə olsa da ailəmizdən, vətənimizdən uzaqda hər zaman qəriblikdə oluruq. Əlbətdəki burada da başqa ölkələrdə olduğu kimi bəzi problemlər olur. Biz INDEX olaraq tələbələrimizə azda olsa dəstək olmaq üçün hər yarım ildə tələbələrimizə təqaüd təqdim edirik. Az da olsa onlara maddi cəhətdən yardım etməyə çalışırıq. Ancaq buna baxmayaraq, gücümüz yetdikcə başqa problemlərinə də dəstək olmağa çalışırıq. Bura qardaş ölkə olduğu üçün və eyni mədəniyyətə sahib olduğumuz üçün deməzdim ki, tələbələrimizin burada çox problemi olur.



-Azərbaycanlı gənclərin təhsil səviyyəsi sizi qane edirmi? Bu haqda fikirlərinizi bilmək istərdik.

Düşünürəmki hər şeyin təməlində təhsil durur. Təhsilli insana hər zaman hər yerdə yaşıl işıq yanır. İnsan hər zaman öz üzərində çalışmalıdır. Gələcəyə inamla addımlamalıdır. Nə qədər ki, gəncik, biz hər zaman öz üzərimizdə işləməli və bacardıqca yüksək bilgilərə sahib olmalıyıq.





Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti