`Əli və Nino`ya görə Xalq artisitinə qadağa

`Əli və Nino`ya görə Xalq artisitinə qadağa
  05 Mart 2015    Oxunub:6025
“Əli və Nino” filmində rol alan məşhur aktyor, Xalq artisti Fəxrdəddin Manafova qadağa qoyulub. Belə ki, filmin çəkilişi ilə bağlı imzaladığı müqaviləyə görə aktyora mətbuata danışmağa icazə verilmir.
“Biz filmlə bağlı müqavilə bağlamışıq. Müqaviləyə əsasən film yalnız çəkilib ərsəyə gələndən sonra bu haqda danışa bilərik”-deyə F. Manafov AzVision.az-a deyilənləri təsdiq edib.

Qeyd edək ki, hazırda Bakıda məşhur “Əli və Nino” əsəri əsasında eyniadlı filmin çəkilişləri aparılır. Çəkilişlər əsasən İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksində, Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində gedir.

Filmdə digər ölkələrdən olan ulduzlarla bərabər azərbaycanlı aktyorlar da rol alıb. Bunlar arasında Hacı Zeynalabdin Tağıyev obrazını canlandıran Fəxrəddin Manafov və əməkdar artistlər Pərviz Bağırov, Mehriban Zəki, Qurban İsmayılov, Pərviz Məmmədrzayev, aktyorlardan Rasim Cəfər, Dəniz Tacəddin, Xumar Səlimova, Cümşüd Zeynalov, Küşvər Şərifova, Aydın Əliyev, Nigar Güləhmədova, Bəhruz Vaqifoğlu, Kamran Ağabalayev, Tural Əhməd, Cəmilə Tağızadə və Cövdət Şükürov var.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:  



Xəbər lenti