Komitə sədri Mirqafar Seyidovla görüşəcək

Komitə sədri Mirqafar Seyidovla görüşəcək
  05 Mart 2015    Oxunub:2029
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovla görüşəcək.
Bu barədə AzVision.az-a E. Behbudov özü məlumat verib. O, görüşün yaxın günlərdə baş tutacağını qeyd edib:

“Görüşdə apardığımız monitorinqlərin yekunları və insan haqqlarının pozulması hallarını müzakirə edəcəyik”.

Hüquq müdafiəçisi qeyd edib ki, Dövlət Miqrasiya Xidmətinin Mərkəzi saxlanma yerində də monitorinq keçirəcəklər. O, həmçinin bildirib ki, Şəki, Zaqata, Balakənin polis şöbələrinə də baş çəkəcək.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  



Xəbər lenti