Bakıda `avtoş`lar həbs edildi

Bakıda `avtoş`lar həbs edildi
  05 Mart 2015    Oxunub:2110
Avtoxuliqanlıq etmiş Roman Səmədov, Səid Həsənov və Qabil Hüseynov saxlanılıblar.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, martın 3-də saat 01 radələrində Xətai rayonu ərazisində Roman Səmədov idarə etdiyi “Opel” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Xətai rayon məhkəməsinə göndərilib.

Cari il fevral ayının 20-də Yasamal rayon ərazisində Səid Həsənov idarə etdiyi “VAZ-21214” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Yasamal rayon məhkəməsinə göndərilib.

Cari il yanvar ayının 23-də paytaxt sakini Qabil Hüseynov idarə etdiyi "Opel" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Nizami rayon məhkəməsinə göndərilibr. Məhkəmənin 13.02.2015-ci il tarixli qərarına əsasən Q.Hüseynov İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş və barəsində 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.


Teqlər:



Xəbər lenti