Sabah 27 dərəcə isti olacaq

Sabah 27 dərəcə isti olacaq
  20 May 2013    Oxunub:1364
Havanın temperaturunun gecə 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında mayın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əksər rayonlarinda əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.
.
Tibbi-meteoroloji proqnoza gəlincə isə yaxın 2 gün ərzində Bakıda və Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Teqlər:  





Xəbər lenti