Nazirlikdən `8 Mart pulu` açıqlaması

Nazirlikdən `8 Mart pulu` açıqlaması
  05 Mart 2015    Oxunub:3985
Təhsil Nazirliyi 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə orta məktəblərdə pul yığılması haqda iddialara aydınlıq gətirib.

Nazirlikdən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, orta məktəblərdə şagirdlərdən hər hansı bir vəsaitin tələb olunması qəti qadağandır, belə hal baş verərsə cəza tədbirləri görüləcək.

“Ümumi təhsil müəssisələrində şagirdlərdən hər hansı bir vəsaitin tələb olunması qəti qadağandır. Əgər belə fakt olarsa, Təhsil Nazirliyinin 146 saylı “Qaynar xətt” xidmətinə anonim olmadan müraciət edilməsi tövsiyə olunur”.

Nazirlikdən həmçinin bildirilib ki, 8 Martla bağlı pul yığılması faktı aşkar olunarsa həmin müəllimlər cəzalandırılacaq.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə yayılan məlumatlara görə, orta məktəblərdə 8 Mart bayramı ilə bağlı şagirdlərdən məcburi şəkildə pul yığılır.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti