Bakının mərkəzi yolu bağlanır

Bakının mərkəzi yolu bağlanır
  05 Mart 2015    Oxunub:1612
Paytaxtın mərkəzi küçələrindən biri təmirə bağlandı.
AzVision.az-ın Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-ə istinadən verilən məlumatına görə, bu gündən etibarən Süleyman Rüstəmov küçəsinin təmirinə start verilib.

Təmir işləri I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində aparılır.

"Hazırda uzunluğu 220 m, eni isə 14 m təşkil edən küçədə köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınıb çıxarılması işləri aparılır", - deyə ASC-nin mətbuat xidmətinindən bildirilib.


Teqlər:



Xəbər lenti