Milli Gimnastika Arenasının qarşısındakı yol bağlanır

Milli Gimnastika Arenasının qarşısındakı yol bağlanır
  05 Mart 2015    Oxunub:1586
Bakıda Milli Gimnastika Arenasının qarşısından Mehdi Abbasov küçəsi ilə kəsişmədə yerləşən dairə daxil olmaqla nəqliyyatın hərəkəti tam dayandırılacaq.
Bunu AzVision.az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, I Avropa Oyunlarına hazırlıq dövründə nəqliyyat-yol kompleksi üzrə nəzərdə tutulan işlər çərçivəsində Mikayıl Əliyev küçəsinində təmir işləri davam etdirilir: “Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gün saat 16:30-dan etibarən Milli Gimnastika Arenasının qarşısından Mehdi Abbasov küçəsi ilə kəsişmədə yerləşən dairə daxil olmaqla nəqliyyatın hərəkəti tam dayandırılacaq. Təmir işlərinin axşam saat 23-24 radələrində başa çatdırılması və yolun bağlanan hissəsinin açılması gözlənilir”.

P.Mürsəliyev qeyd edib ki, sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

AzVision.az


Teqlər:



Xəbər lenti