Regionlarda gənc təlimçilər klubları yaradılır

Regionlarda gənc təlimçilər klubları yaradılır
  05 Mart 2015    Oxunub:1751
Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Regionlarda gənc təlimçilər klublarının formalaşdırılması” layihəsini davam etdirir.

Gəncə, Mingəçevir və Ağcabədidə icra olunan layihənin əsas məqsədi regionlarda gənc təlimçilərin şəbəkələşməsinə, gənclər arasında qeyri-formal təhsil metodologiyasının təşviq olunmasına və təlimçilik bacarıqlarının inkişaf etdirilməsinə dəstək verməkdir.

Ötən dövr ərzində layihə çərçivəsində müxtəlif idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən gənc təlimçilər bir araya gətirilmiş, onların yenidən təkmilləşdirilməsi və bir sıra yeni təlim modullarının hazırlanması istiqamətində iş aparılmışdır.

Hazırda 3 regionda təlim keçmiş gənc təlimçilərin klublarının formalaşdırılması prosesinə başlanılmışdır. Müxtəlif sahələr üzrə təlimçilik qabiliyyətinə malik olan gənclərin yaradılacaq klublarda toplanması, onlarla birgə iş aparılması nəzərdə tutulur. Eyni zamanda həmin regionlarda təlimçilərə yarana biləcək ehtiyacı da məhz bu klubların ödəməsi planlaşdırılır.

Qeyd edək ki, klublar Mərkəzin adı çəkilən regionlardakı ofislərində fəaliyyət göstərəcəkdir.


Teqlər:





Xəbər lenti