İki deputatın vəzifəsi dəyişdirilir

İki deputatın vəzifəsi dəyişdirilir
  05 Mart 2015    Oxunub:3009
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərindən ikisi dəyişdirilir.
AzVision.az xəbər verir ki, "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" qərarda dəyişiklik edilməsi təklif olunur.

Belə ki, Xanlar Fətiyev Azərbaycan-Avstraliya, İmamverdi İsmayılovun isə Azərbaycan-Kolumbiya parlamentlərarası işçi qrupunun rəhbərləri vəzifəsinə seçilməsi təklif edilir.

Məsələ Milli Məclisin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, X.Fətiyev Azərbaycan-Kolumbiya, İmamverdi İsmayılov isə Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun rəhbəridir.


Teqlər:  



Xəbər lenti