19 aptek bağlandı, 1000 nəfərsə cərimələnib

19 aptek bağlandı, 1000 nəfərsə cərimələnib
  05 Mart 2015    Oxunub:2114
Azərbaycanda qanunsuz fəaliyyət göstərən 19 aptekin fəaliyyəti dayandırılıb.
Bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi səhiyyə ilə bağlı illik hesabatında bildirilir.

Qeyd edilib ki, 2014-cü il ərzində ümumilikdə ölkə üzrə 104 aptek təşkilatında yoxlamalar keçirilib. Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 19 obyekt aşkarlanaraq fəaliyyəti dayandırılıb. Keçirilən reydlər nəticəsində Azərbaycanda dövlət qeydiyyatına alınmayan və yararlılıq haqqında analiz protokolları olmayan 1490 qutu dərman preparatı müsadirə edilib.

İl ərzində sanitar epidemioloji qaydaların və normaların pozulmasına görə 1000-dən çox cərimə tətbiq edilib, 400-ə qədər obyektin fəaliyyətinin dayandırılması haqqında qərarlar qəbul olunub, 250 nəfərə qədər şəxs haqqında işlərə baxılması hüquq mühafizə orqanlarına müraciət edilib.


Teqlər:  



Xəbər lenti