“Biz həmişə Azərbaycanın yanındayıq” - Çavuşoğlu

“Biz həmişə Azərbaycanın yanındayıq” - Çavuşoğlu
  06 Mart 2015    Oxunub:2250
“Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh, sabitlik və rifaha əngəl törədən ən ciddi maneələrdən biridir. Bu münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həll olunması xarici siyasətimizin gündəliyindəki ən önəmli məsələlərdəndir”.
AzVision.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu AzərTAc-a müsahibəsində deyib.

Çavuşoğlu qeyd edib ki, Türkiy Qarabağ məsələsində Azərbaycanın hər zaman yanında olacaq:

“Ölkəmiz bu məsələdə Azərbaycana tam dəstək verir. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri hər zaman yaxından izləyir, problemin həll olunması məqsədi ilə ATƏT-in Minsk qrupu çərçivəsindəki təşəbbüslərə fəal töhfə verməyə çalışırıq. Minsk qrupundan başqa, digər çoxtərəfli platformalarda və üçüncü ölkələrlə təmaslarımızda da Dağlıq Qarabağ münaqişəsini gündəmə gətiririk”

AzVision.az


Teqlər:





Xəbər lenti