Ata-anasını öldürən oğula 15 il həbs

Ata-anasını öldürən oğula 15 il həbs
  06 Mart 2015    Oxunub:2231
Ваkı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə Sabunçu rayon sakini Aqil Mirzəyevin (1971-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 186.2.1 (əmlakı qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 186.2.2 (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, istintaq materiallarına əsasən, 2013-cü il dekabrın 21-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qətl hadisəsi törədilib. Sülh küçəsi, ev 40, mənzil 94-də yaşayan Aqil Mirzəyev atası, Nəriman Mirzəyev (1938-ci il təv.) və anası Tərlan Mirzəyevaya (1941-ci il təv.) balta və bıçaqla çoxsaylı xəsarətlər yetirib. Daha sonra valideynlərinin öldüyünü düşünən A.Mirzəyev evi yandıraraq qaçıb.

Qonşuluqda yaşayan şəxslər mənzildən tüstü qalxdığını müşahidə edib və dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər. Evdə ağır vəziyyətdə olan yaşlı insanlar təcili tibbi yardım maşını ilə 3 saylı şəhər kliniki xəstəxanasına aparılıblar, lakin həkimlərin müdaxiləsinə baxmayaraq onların hər ikisi keçinib. Hadisə yerinə polis əməkdaşları ilə yanaşı FHN-nin Yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. A.Mirzəyev Sabunçu RPİ 13-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı Aqil Mirzəyevin ruhi-əsəb dispanserində qeydiyyatda olması məlum olub, cinayət isə ailə-məişət zəminində baş verib.

Məhkəmə prosesinnə A.Mirzəyev ittiham üzrə özünü tam təqsirli hesab edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib.

İşi araşdıran Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.


Teqlər:





Xəbər lenti