Azərbaycanın birinci xanımı Mehriban Əliyeva martın 5-də Vatikanda Müqəddəs Taxt-Tacın mədəniyyət naziri kardinal Canfranko Ravazi ilə görüşüb.
AzVision.az AzərTac-a istinadən xəbər verir ki, Canfranko Ravazi humanitar və mədəniyyət sahələrində dövlətlərimiz arasında həyata keçirilən layihələrin nadir xarakter daşıdığını bildirib. O, Roma katakombalarının, Vatikan Apostol Kitabxanasındakı bəzi nadir əlyazmaların bərpası və elektronlaşdırılması, həmçinin digər layihələrin icrası ilə bağlı Mehriban Əliyevanın göstərdiyi xidmətləri müsəlman ölkəsi olan Azərbaycan tərəfindən atılan mühüm tarixi addım kimi qiymətləndirib.
Mehriban Əliyeva ölkəmizin Vatikan ilə ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. Bu layihələrin təkcə xristian dünyası üçün yox, bütün bəşəriyyət üçün xüsusi dəyəri olduğunu qeyd edib.
Mehriban Əliyeva Canfranko Ravazini bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına dəvət edib.