Erməni kəşfiyyat qrupu məhv edildi - FOTOLAR

Erməni kəşfiyyat qrupu məhv edildi - FOTOLAR
  06 Mart 2015    Oxunub:5056
Martın 6-a keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu Ağdərə-Tərtər istiqamətində qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, görülən qabaqlayıcı tədbirlər və atəş gücü vasitəsilə düşmənə endirilən ağır zərbədən sonra itki verən işğalçılar silah və sursatı ataraq geri qaçmağa məcbur ediliblər.

Döyüşdə bir hərbi qulluqçumuz çavuş Zahidov Dəyanət Mehman oğlu sağ əlindən yüngül yaralanıb.







AzVision.az


Teqlər:  



Xəbər lenti