Əməkdar artistə vəzifə verildi

Əməkdar artistə vəzifə verildi
  06 Mart 2015    Oxunub:3334
Azərbaycanın əməkdar artisti Azad Şükürov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Səhnə danışığı" kafedrasının müdiri vəzifəsinə seçilib.
Bu barədə mətbuata o, özü məlumat verib.

Əməkdar artist bu vəzifəyə yenidən təyin olunduğunu deyib.

"Mən 2001-2006 illərdə "Səhnə danışığı" kafedrasına rəhbərlik etmişdim. ADMİU-nin rektoru Fərəh Əliyevanın əmri ilə yenidən bu kafedraya rəhbər təyin edildim".
Qeyd edək ki, Azad Şükürov uzun illər Bakı Bələdiyyə Teatrının aktyoru olub.

Xatırladaq ki, indiyədək ADMİU-nin "Səhnə danışığı" kafedrasına Fərhundə Atakişiyeva rəhbərlik edib.

(Report.az)


Teqlər:  



Xəbər lenti