Bakının mərkəzində cinayət

Bakının mərkəzində cinayət
  06 Mart 2015    Oxunub:1487
Bakının Nəsimi rayonunda kinoteatrda oğurluq edən şəxs saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 23-də saat 21 radələrində Bülbül prospektində yerləşən kinoteatrda Bakı şəhər sakini Ceyhun Nəbiyevin mobil telefonu masanın üzərindən oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, 1979-cu il təvəllüdlü Ramin Vaqif oğlu Tağıyev tutulub.

Faktl bağlı araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti