Dünyanın ən möhtəşəm məscidləri - FOTOLAR

Dünyanın ən möhtəşəm məscidləri - FOTOLAR
  06 Mart 2015    Oxunub:5642
Məscid ən-Nəbəvi Məscidül-Həramdan sonra İslam aləminin ikinci müqəddəs məscididir. Hicri təqviminin 1-ci ilində inşa edilən Məscid Səudiyyə Ərəbistanının Mədinə şəhərindədir. Məhəmməd Peyğəmbərin (s) məqamı məhz burada, məscidin daxilindəki yaşıl gümbəzin altında yerləşir. Allah Taala tərəfindən Məhəmməd Peyğəmbərə (s) qiblənin dəyişməsi və Məscidül-Həramın mərkəzində yerləşən Kəbə evinin olması barədə ayə Mədinə şəhərində nazil olunub.
AzVision.az xəbər verir ki, məscidin möhtəşəm memarlıq üslubu dünyanın bir çox ölkələrində ucaldılmış məscidlər üçün örnək olub. Məscidin 10 minarəsi var, hər bir minarənin hündürlüyü 105 metrə bərabərdir. Ümumi sahəsi təxminən 400 min kvadrat metrdir. Burada 600 mindən çox, Həcc mövsümündə isə 1 milyona qədər insan eyni zamanda ibadət edə bilər.

AzVision.az

Qalereya




Teqlər:  



Xəbər lenti