Hərbçilərin kirayə pulu artırıla bilər

Hərbçilərin kirayə pulu artırıla bilər
  06 Mart 2015    Oxunub:2290
Azərbaycanda hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün verilən pul kompensasiyasının artırılması təklif edilir.
AzVision.az xəbər verir ki, bu ombudsmanın 2014-cü il üçün illik məruzəsində öz əksini tapıb. Belə ki, hərbi qulluqçulara, hərbi təhsil müəssisələrinin ailəli kursantlarına, eləcə də yaşa, xəstəliyə, ştatların ixtisarına (azı 5 təqvim ili xidmət etmiş), ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına (15 təqvim ili və daha çox xidmət etmiş) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləği real qiymətlərə uyğun artırılmalıdır.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti