Kirayədə qalan tələbələrə Şad Xəbər

Kirayədə qalan tələbələrə Şad Xəbər
  06 Mart 2015    Oxunub:2657
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ali, orta ixtisas və ümumtəhsil müəssisələrində "İnsan hüquqları"nın müstəqil fənn kimi tədris edilməsini təklif edib.
AzVision.az xəbər verir ki, bu Ombudsmanın 2014-cü il üçün hazırladığı illik hesabatda öz əksini tapıb.

Hesabatda həmçinin, uşağın icbari təhsildən yayınmasında günahkar olan şəxslərə münasibətdə inzibati məsuliyyətin müəyyən edilməsi, bununla yanaşı, valideyn və müəllim məsuliyyətinin artırılması, valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi də tövsiyə olunub.

Bundan başqa, dövlət sifarişi əsasında ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan ehtiyacı olan tələbələrin yataqxanalarda yerlə təmin edilməsi, bu mümkün olmadığı hallarda onlara mənzil kirayəsi haqqının ödənilməsi təklifi də irəli sürülüb.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:



Xəbər lenti