Ombudsmanın hesabatı qəbul edildi

Ombudsmanın hesabatı qəbul edildi
  06 Mart 2015    Oxunub:1427
Milli Məclisin martın 6-da keçirilən növbəti toplantısında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2014-ci ildəki fəaliyyəti ilə bağlı illik hesabatı qəbul edilib.
AzVision.az xəbər verir ki, Ombudsman Elmira Süleymanova iclasda hesabat verib.

Daha sonra hesabat ətrafında müzakirələr başlayıb. Hesabata münasibət bildirən millət vəkili Musa Quliyev ümumilikdə hesabatı müsbət dəyərləndirib, lakin bəzi hüquq müdafiəçilərinin, KİV-də çalışmış və sonradan müxtəlif cinayət əməllərinə görə ittiham olunan şəxslərin adlarının çəkilməsinin və onlara geniş yer verilməsinin məqsədəuyğun olmadığını deyib.

Onun fikrincə, bu, Azərbaycanı istəməyən təşkilatların "dəyirmanına su tökür": “Ya bütün müraciət edənlərin adları çəkilsin, ya da ayrı-ayrı insanlar fərdiləşdirilməsin”.

Millət vəkili eyni zamanda, Ombudsmanı Azərbaycana düşmən olan təşkilatlara qarşı daha qəti mövqe nümayiş etdirməyə çağırıb.

Daha sonra deputatların səsverməsi ilə hesabat qəbul olunub.

Anar Kəlbiyev
AzVision.az




Teqlər:  



Xəbər lenti