“İpoteka faizləri azaldılmalıdır”

 “İpoteka faizləri azaldılmalıdır”
  06 Mart 2015    Oxunub:1971
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) güzəştli ipoteka kreditinin maksimal məbləğinin mənzil bazarının real tələbinə uyğun artırılmasını təklif edir.
AzVision.az xəbər verir ki, Ombudsmanın 2014-cü il üçün illik hesabatında bu barədə təklif yer alıb. Təklif olunur ki, gənc ailələr tərəfindən ödənilməli olan ilkin məbləğ minimuma endirilməli və ya ləğv edilməli, kreditin ödənilməsi müddəti uzadılmalı, faiz dərəcəsi aşağı salınmalı, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququna malik olan şəxslərin siyahısı genişləndirilməlidir.

Ombudsmanın fikrincə, qeyd olunanların təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli, 515 saylı fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında güzəştli kreditlərin verilməsi Qaydalarına" əlavə və dəyişikliklər edilməlidir.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti