Dini təhsil qadağan edilməlidir - Zahid Oruc

Dini təhsil qadağan edilməlidir - Zahid Oruc
  06 Mart 2015    Oxunub:2541
Millət vəkili Zahid Oruc bu gün parlamentdəki çıxışında MTN-nin bir neçə gün öncə keçirdiyi əməliyyat haqqında danışıb.
AzVision.az-ın məlumatına görə, millət vəkili bildirib ki, əməliyyat nəticəsində həbs olunan şəxslərdən ikisi məhz xaricdə dini təhsil alıb.

Z.Oruc belə halların gələcəkdə qarşısının alınması məqsədilə Azərbaycanlı gənclərin xaricdə dini təhsil almalarına qanunla qadağa qoyulmasını təklif edib.

O, “Dini etiqad azadlığı haqqında” qanuna da müvafiq dəyişikliklər edilməsini məqbul sayıb:

“İslam Universitetinin müəllimləri dini təhsil vermək baxımından beynəlxalq standartlara cavab verməyə bilər. Bu baxımdan da kənar yerdən daha yüksək səviyyədə dini təhsil vermək üçün müəllimlər həmin universitetə cəlb edilə bilər. Lakin Azərbaycan gənclərinin xaricdə dini təhsil dalınca getmələrinə icazə vermək olmaz. Bu, qanunla qadağan olunmalıdır.

Xatırladım ki, bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyi tərəfindən antiterror əməliyyatı keçirdi. Və həbs olunan gənclərdən ikisi xaricdə ali dini təhsil almış gənclərdir. Onlar ölkədə çevriliş edərək şəriət dövləti yaratmağa cəhd ediblər. Bunun da qarşısı MTN tərəfindən alınıb. Təklifimin kökündə də bu məqamlar dayanır”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti