Avaralıq və dilənçiliklə məşğul olan 32 nəfər saxlanılıb.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ və Çevik Polis Alayı əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 32 nəfər saxlanılıb. Onlardan 5 qadın barəsində İXM-nin 307.1.1-ci maddəsi ilə protokol tərtib edilib, digərləri isə azyaşlı olduqları üçün xəbərdarlıq edilib buraxılıblar.