Norveçlə viza sadələşdirildi

Norveçlə viza sadələşdirildi
  06 Mart 2015    Oxunub:1546
Milli Məclisdə Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş təsdiqlənib.
AzVision.az xəbər verir ki, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitənin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, sazişin məqsədi Azərbaycan və Norveç vətəndaşlarına 180 gün ərzində 90 gündən çox olmayan müddətə nəzərdə tutulmuş qalma üçün vizaların rəsmiləşdirilməsini qarşılıqlılıq prinsipi əsasında sadələşdirməkdir.

Bildirilib ki, Saziş 13 maddədən ibarətdir. Diplomatik pasportlara malik olan hər iki ölkənin vətəndaşları Azərbaycan və Norveç ərazilərinə vizasız daxil ola, oranı tərk edə və tranzit keçə bilərlər.

https://azvision.az/redirect.php?url=http://azertag.az/xeber/837320


Teqlər:



Xəbər lenti