Vətəndaşların müraciətlərinə baxılması qaydaları dəyişdirilir

Vətəndaşların müraciətlərinə baxılması qaydaları dəyişdirilir
  06 Mart 2015    Oxunub:2606
Milli Məclisin iclasında “Vətəndaşların müraciəti haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, yeni sənəd barədə İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib.

Komitə sədri bildirib ki, 17 maddədən ibarət yeni qanun layihəsi 1997-ci ildə qəbul olunmuş “Vətəndaşların müraciət qaydaları haqqında” qanunun tamamilə yenidən işlənib və təkmilləşdirilmiş formasıdır. Həmin qanuna görə vətəndaşların araşdırılması rəsmi tələb olunan 3 rəsmi müraciət – təklif, ərizə və şikayət forması var idisə, yeni qanun layihəsində bu artırılaraq 10 müraciət formasına çatdırılır.

Buraya hazırda qüvvədə olan 3 müraciət formasından başqa elektron, şifahi, telefon, anonim, kollektiv müraciətlərlə yanaşı, teleradio vasitəsilə edilən müraciətlər də daxildir. Əlavə olunmuş yeni müddəalar vətəndaşların müxtəlif üsullarla vəzifəli şəxslərə, aidiyyəti qurumlara müraciətini təmin edəcək, qanun pozuntularının qarşısını alacaq.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:



Xəbər lenti