Polis zabitini bölmədə döydülər
Narkotik vasitələrin daşınması və satılmasında təqsirli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Şəfa İsmayılov saxlanılıb.
Onun barəsində olan Cinayət İşi üzrə dindirilmə zamanı 22-ci polis bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı 1990-cı il təvəllüdlü Sehran Əkbərovu söyərək yumruqla sifətinə vurub.
Bundan sonra saxlanılan şəxslə polis baş leytenantı dava edib. Nəticədə hər ikisi xəsarət alıb.
S.Əkbərov Daxili İşlər Nazirliyinin hospitalına müraciət edib.
Faktla bağlı araşdırma aparılır.







Vaxtında, Aydın, Lazımlı!


