Umayra Tağıyeva 10 qadından biridir
Ümumdünya Meteorologiya Təşkilatı göstərir ki, qadınlar elmdə uğur qazana bilərlər. Belə ki, təşkilat elm sahəsində 10 ən tanınmış qadını müəyyənləşdirib ki, onların arasında Azərbaycandan U.Tağıyevanın da adı var. Siyahıya düşmüş digər qadınlar aşağıdakılardır: Felerika Rossi (İtaliya), Andre Seleste Sado (Argentina), Barbara Tapia (Çili), Vida Audimente (Litva), Qloriya Seballos (Dominikan Respublikası), Laura Furcione (ABŞ), Aqness Kiase (Tanzaniya), Nadiya Pinardi (İtaliya), Korneli Radiks (Macarıstan).
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun keşmiş direktoru U.Tağıyeva hazırda Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun İqlim və aqroiqlim şöbəsində artıq aparıcı mütəxəssis kimi fəaliyyət göstərir. Öz sahəsi üzrə gözəl mütəxəssis olan U.Tağıyeva bu institutda elmi iş müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Xatırladaq ki, U.Tağıyevə öz xahişi ilə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsindən azad edilib.(Trend)







Vaxtında, Aydın, Lazımlı!


