Heydər Əsədov: “Süni qiymət ajiotajını aradan qaldıracağıq”

Heydər Əsədov: “Süni qiymət ajiotajını aradan qaldıracağıq”
  06 Mart 2015    Oxunub:1577
Bu il Azərbaycanda təşkil olunacaq bayram yarmarkalarının sayı artırılacaq.
AzVision.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC-nin 2014-cü ildəki fəaliyyətinə həsr olunmuş müşavirə zamanı deyib.

“Bayram yarmarkalarını bu il də keçən il olduğu kimi 5-6 gün keçirməyi planlaşdırırıq. Bu il yenilik ondan ibarət olacaq ki, daha bir neçə yerdə əlavə yeni yarmarkaların açılmasını nəzərdə tuturuq. Çalışacağıq ki, bazara daha çox məhsullar çıxarmaqla süni yaradılmış qiymət ajiotajını aradan qaldıraq”, - deyə nazir bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti