Marketdə qiymət saxtakarlığı

Marketdə qiymət saxtakarlığı
  06 Mart 2015    Oxunub:1776
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarına nəzarət tədbirləri paytaxt Bakı ilə yanaşı, ölkə regionlarında da davam etdirilir.
İqtisadi İnkişaf nazirliyindən AzVision.az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Qəbələ rayonu, Zarağan kəndində Tacəddin Həmidova məxsus “Yeni” marketdə aparılan yoxlama zamanı malların yarlığında göstərilən qiymətlərlə, nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımı yaratmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxs barədə müvafiq tədbirlər görülüb.

AzVision.az


Teqlər:  



Xəbər lenti