Müdafiə Nazirliyi: Ermənistan öz ərazisini qoruya bilmir

Müdafiə Nazirliyi: Ermənistan öz ərazisini qoruya bilmir
  06 Mart 2015    Oxunub:2441
“Guya Azərbaycan tərəfində vuruşan bir türkiyəli təlimatçının cəbhədə öldürülməsi haqqında Ermənistan mətbuatının yaydığı məlumat erməni fantaziyasının məhsuludur”.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib.

“Öz ərazisini qorumaq iqtidarında olmayan Ermənistandan və onun ordusundan fərqli olaraq Silahlı Qüvvələrimizdə ancaq Azərbaycan vətəndaşları qulluq edir.

Azərbaycan Ordusunun əsgər və zabitinin bacarığı, təcrübəsi və peşəkarlığı imkan verir ki, düşmənin istənilən təxribatının qarşısı vaxtında və qətiyyətlə alınsın.

Ermənilərin gün ərzində cəbhədəki vəziyyətlə bağlı yalan məlumatlar yayması öz itkilərini gizlətmək cəhdi və Azərbaycan Ordusunun ötən gecə düşmənə həddən artıq ağır zərbə vurmasının nəticəsidir”, - deyə mətbuat xidmətindən qeyd edilib.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti