İstifadəsiz torpaqlara görə vergi tutulacaq - Nazir
H. Əsədovun sözlərinə görə, istifadəsiz torpaqlara əlavə vergilər tətbiq olunacaq. Nazirin sözlərinə görə, dünya praktikasında da tətbiq olunan metodların birinin tətbiq olunması nəzərdə tutulur.
“Burada monitorinq müəyyən müddət aparır, ona görə ki torpaqdan həmin anda istifadə edilməməsi onun istifadəsiz qalması demək deyil. Çünki elmi araşdırmalara görə, torpaqların hər il 60-66%-nin istifadə olunsa və qalanları dincdə olsa daha səmərəlidir. Ona görə də əvvəlcə monitorinqlər vasitəsilə sahələr müəyyənləşdirmək, daha sonra səbəblər aydınlaşdırılmalı və buna nəzərən təkliflərimiz konkretləşdirilməlidir” - , deyə H. Əsədov bildirib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


