Kamal Abdulla müşavirə keçirdi
Müşavirəni açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə dini durum, icmaların qeydiyyat məsələləri, yeni icmaların yaradılması, dini maarifləndirmə sahəsində görülən işlər və müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verərək qeyd edib ki, Dövlət Komitəsinin cari ildəki fəaliyyəti və dini durumun tənzimlənməsi baxımından müşavirə xüsusi əhəmiyyət kəsb edir.
Müşavirədə bölgə şöbələrinin müdirləri dini durum, eləcə də görüləcək işlər barədə məlumat veriblər, Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə edilib.
Müşavirənin sonunda DQİDK-nın sədri M.Qurbanlı bildirib ki, bu formatda tədbirlərin mütəmadi keçirilməsi ümumi işin səmərəliliyinə və daha yüksək nəticələr əldə edilməsinə xidmət edəcək