2,2 milyon ton Azərbaycan nefti nəql olunub

2,2 milyon ton Azərbaycan nefti nəql olunub
  06 Mart 2015    Oxunub:1456
2015-ci ilin fevral ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 230 min 224 ton Azərbaycan nefti nəql olunub.
AzVision.az Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu kəmərlə 4 milyon 700 min 277 ton neft ötürülüb.

Qeyd edək ki, yanvar ayında BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 470 min 053 ton Azərbaycan nefti nəql olunub.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il) 2015-ci il mart ayının 1-ə qədər BTC-yə 268 milyon 540 min 123 ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin fevral ayında BTC kəməri ilə 380 min 500 ton Türkmənistan və 247 min 022 ton Qazaxıstan nefti nəql olunub.

Qeyd edək ki, 1768 km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismara verilib. BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.

Hazırda BTC boru kəməri ilə Azərbaycandan əsasən Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından hasil olunan kondensat daşınır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. 2013-cü ilin oktyabrından başlayaraq BTC vasitəsilə müəyyən həcmlərdə Tengiz neftinin nəql olunması bərpa olunub.


Teqlər:



Xəbər lenti