Avara itlər

Avara itlər
  06 Mart 2015    Oxunub:7001
Mehman Muradlı

“Küçə itləri” – “avara itlər” bir ildə iki dəfə küçükləyirlər. Hər dəfə də 5-6 bala verirlər. Bu rəqəm 18-ə də çatır. Ortalama hər “avara it” ildə 10 bala küçükləyir.


Beynəlxalq Heyvan Hüquqları Təşkilatının verdiyi hesabata əsasən, dünyada yaşayan 500 milyon itin 75%-i “avara itlər”dir.

ABŞ və Avropa ölkələrinin şəhərlərində “avara itlər”in küçələrdə dolaşması qəbuledilməz hesab olunur. Xüsusilə ABŞ-ın heyvanlara nəzarət Milli Asossasiyası epidemiya riskini azaltmaq üçün “avara itlər”in məhv edilməsi zəruri sayır. Buna əsas səbəb kimi bu itlərin quduzlaşması, insanlara hücumu, uşaqların qorxması göstərilir.

“Avara itlər”lə mübarizədə Avstraliyada hətta zəhərdən istifadə etməyi də məqbul sayırlar.

“Küçə itləri” – “avara itlər” problemi Bakıdan da yan keçməyib. İllər əvvəl bu itlər mərkəzdən “sıxışdırılaraq” bir az ucqarlarda – Yeni Yasamal, Yeni Günəşli, Kürdəxanı, Balaxanıda məskunlaşmağa başladılar.

Yeni Yasamalda bu itlər sürü halında yaşayır və insanlara nəinki fiziki xətər yetirirdilər, hətta maddi ziyan da vururdular. Dəfələrlə bu itlər körpələri qorxudub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 2011-ci il qərarına əsasən heyvanlar quduzluğa, insan həyatı üçün təhlükəli olan digər xəstəliklərə tutulduqda və ya insanların həyat və sağlamlığı üçün təhlükə yaratdıqda məhv edilirlər.



Həmin qərarın digər bəndində müxtəlif səbəblərdən ölmüş heyvanların cəsədlərinin məhv edilməsi baytarlıq nəzarətində olan heyvan qəbiristanlığında, yaxud mərkəzləşdirilmiş util zavodunda aparılır.

Bunlar ümumi məlumatdır. Ola bilər, dəyərli oxucu, səni yordum bu statistika və qanunvericiliklə. Amma inannın ki, buna məcbur idim.

Çünki son günlər sosial şəbəkələrdə “avara itlər”i sevənlərin sayı durmadan artıb və bunlar o canlılardı ki, həmin “avara itlər”dən daha avaradırlar.

Onların bu məqsədi məlumdur: yaxın aylarda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına gələcək qonaqlara Azərbaycan haqqında yanlış informasiya vermək.

Sadəcə bu it əti yeyənlər elə bilirlər Bakıya gələcək qonaqlar Hindistandan gəlirlər.


Teqlər:  





Xəbər lenti